UNICEF və İslam İnkişaf Bankı, müsəlman xeyriyyə uşaq fondunu təsis edir

UNICEF və İslam İnkişaf Bankı, müsəlman xeyriyyə uşaq fondunu təsis edir

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və İslam İnkişaf Bankı (İİB), müsəlman xeyriyyə təşkilatları tərəfindən milyonlarla ehtiyacı olan uşağa humanitar yardım göstərmək üçün yeni bir fond yaratdı
.
Maide.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, UNİCEF-in Nyu Yorkdakı iclasına görə, Qlobal Müsəlman Xeyriyyə Uşaqları Fondu (GMPFC) müsəlmanların verdiyi ianələr vasitəsilə BMT tərəfindən yaradılan ilk belə struktur olacaq.
 
Məlumatda qeyd olunur ki, fondda toplanan müsəlman təşkilatlardan verilən yardımlar təcili yardım və inkişaf proqramlarını həyata keçirilməsi üçün istifadə ediləcək.
 
İİB rəhbəri Bəndər Həcər dünyada humanitar yardıma ehtiyacın artdığını qeyd edib.
 
“2019-cu ilin əvvəlindən bəri dünyada 184 milyon insanın, o cümlədən 89 milyon uşağın humanitar yardıma ehtiyac olmuşdur. Həcər qeyd edib ki, "Zorakılıq, qəddar rəftar, iqlim dəyişikliyi ilə əlaqəli xəstəliklər və təbii fəlakətlər daha çox uşaqlara təsir edir”.

Google+ WhatsApp ok.ru