UNICEF Yəməndə xəstəxanalara hücuma görə Səud rejimini tənqid etdi

Səudiyyənin hücumlarında indiyədək Yəməndə ən azı 466 uşaq həyatını itirib

BMT-nin Uşaq Fondu- UNICEF Səudiyyə Ərəbistanı rejiminin Yəməndə bir xəstəxanaya hücumunu pisləyib.
Maide.az xəbər verir ki, BMT-nin Uşaq Fondunun direktoru Antoni Lik  Səde rayonunda bombalanmış Səhiyyə-Müalicə Mərkəzinin Ərəbistanın Yəmənə qarşı hücumlara başlayandan bəri hava zərbələrinə məruz qoyduğu 39-cu Müalicə Mərkəzi olduğunu bildirib.
Səudiyyə rejiminə aid qırıcılar bazar ertəsi gecə Yəmənin şimalındakı Səde rayonunda Sərhədsiz həkimlər xəstəxanasını bombalayıb.
BMT rəsmisi 10 milyon yəmənli uşağın humanitar yardımlara təcili ehtiyacı olduğunu xatırladaraq qeyd edib ki, “Bombardımanlara qarşı dərman və səhiyyə xidmətlərinin olmaması daha çox uşağı ölüm təhlükəsi ilə üz-üzə qoyur”.
A.Lik həmçinin Yəməndə gündəlik həyatda kəskin yanacaq, dərman, su və elektrik çatışmamazlığının mənfi təsiri ilə bağlı xəbərdarlıq edərək söyləyib ki, qarşısı alına bilən xəstəliklərin yayılmasından və pis qidalanma ilə üzləşən uşaqların sayının üç dəfə çoxalmasından yaranan böyük təhlükə, belə ki bunların yarım milyondan çoxu uşaqlardır, Yəməni yeni faciə qarşısında qoyub.
UNİCEF-in icraçı direktoru daha sonra Yəməndə bütün münaqişə tərəflərini Beynəlxalq qanunlara hörmətlə yanaşmağa və “bu faciəyə son verməyə” çağırıb.
Səudiyyə rejiinin hücumları nəticəsində indiyədək Yəməndə ən azı 466 uşaq həyatını itirib. / 

Google+ WhatsApp ok.ru