Uniformam təmiz və qiymətli insanların qanıyla boyandı, bundan şərəf hissi keçirirəm - Şəhid Razan əl-Nəccar

Uniformam təmiz və qiymətli insanların qanıyla boyandı, bundan şərəf hissi keçirirəm - Şəhid Razan əl-Nəccar

-- Bu vəzifənin gənc bir qadın üçün asan olmadığını bilirəm, ancaq...

"Uniformam təmiz və qiymətli insanların qanı ilə boyandı. Mən bundan şərəf hissi keçirirəm"
 
Miade.Az "İslaminSesi" -a istinadla xəbər verir ki, bu sözləri ötən gün fələstinlilərin böyük dönüş yürüşündə yaralılara yardım edərkən İsrail iğal qüvvələri tərəfindən güllələnərək şəhid edilən könüllü tibb bacısı Razan əl-Nəccar bildirib.
 
Təqdim etdiyimiz videoda Razan əl-Nəccarın öldürülmədən öncə çəkilmiş fəaliyyəti əks olunub.
 
Könüllü tibb bacısı və ya fələstinlilərin ona verdiyi adla "yardım mələyi" Razan əl-Nəccar martın 30-da başlayan Böyük Qayıdış Yürüşü aksiyalarında əvvəldən iştirak edirdi və vəzifəsini davam etdirməkdə qərarlı olduğunu bildirmişdi. 
 
"Bu vəzifənin gənc bir qadın üçün asan olmadığını bilirəm, ancaq, yaralılara və çətin vəziyyətdə olanlara yardım etmək üçün girdiyim bu yolu başa vurmağa qərarlıyam"
 
İşğalçı İsrail əsgərlərinin ona atdığı güllə Razanın sinəsini dələrək kürəyindən çıxmışdı.
 
 
Qeyd edək ki, İki aydan çoxdur ki, fələstinlilər Qəzza Zolağının hasarları boyunca 70 il öncə qovulmuş ailələrinin torpaqlarına və evlərinə qayıtmaq tələbi ilə İsrail işğalçılarına etiraz edirlər. Kütləvi etirazlar Cümə günü də davam etdirilib. Etiraz aksiyaları martın 30-dan başlayandan bəri İsrail rejiminin qaniçən qüvvələri mühasirədə olan sahilyanı anklavda (Qəzza Zolağında) ən azı 121 fələstinlini güllələyərək öldürüb, atəşlər nəticəsində 12,000-dən çox adam yüngül, orta və ağır dərəcəli xəsarətlər alıb.
 
Fələstinli tibb bacısı Razan al-Nəccar Qəzzanın cənub hissəsindəki Xan Yunis şəhərindəki etiraz aksiyaları zamanı İsrailin açdığı güllə ilə öldürülüb. Bu barədə Fələstin səhiyyə rəsmiləri bildirib.
Fələstinin Səhiyyə Nazirliyi bildirib ki, 21 yaşlı könüllü tibb işçisi döş qəfəsindən aldığı güllə yarasından dünyasını dəyişib.
 
Şahidlərin sözlərinə görə şəhid Razan əl-Nəccar möhkəmləndirilmiş hasarda yaralı fələstinlilərə kömək üçün qaçanda güllələnib.
 
Ağ uniforma geymiş şəkildə, "o, əllərini aydın şəkildə yuxarı qaldırıb, lakin İsrail əsgərləri atəş açıb və o, sinəsindən vurulub", deyə şahid Reuters informasiya agentliyinə məlumat verib.
Fələstinin tibbi mənbələri bildirirlər ki, etirazlar zamanı 40-ı əsl güllədən olmaqla 100-dən çox digər aksiya iştirakçısı yaralanıb. 
 

Google+ WhatsApp ok.ru