Universitetdə partlayış baş verib - 5 ölü

Universitetdə partlayış baş verib - 5 ölü

Nigeriyanın şimal şərqində Mayduquri şəhərində universitet ərazisində iki partlayış baş verib.
 
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, partlayış nəticəsində azı beş nəfərin öldüyü bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, birinci partlayış məsciddə baş verib.
 
Həmin vaxt orada olan universitetin professoru həlak olub. İkinci partlayış isə Universitetin giriş qapısı yanında baş verib.
 
Hazırda polis hadisə yerində araşdırma aparır. Polis professor da daxil olmaqla, 5 nəfərin öldüyü barədə məlumatı təsdiqləyir. Polisin verdiyi məlumata görə, 15 nəfər xəstəxanaya yerləşdirilib. /

Google+ WhatsApp ok.ru