Universitetlərə seçim başladı

Abituriyentlərin ixtisas seçimi avqustun 5-dək davam edəcək

Bu gündən ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayır. Seçim avqustun 5-dək aparılacaq. 
 
Maide.az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadla verdiyi məlumata görə, qəbul aparılan ixtisaslar və onların kodları, ixtisaslar üzrə plan yerləri “Abituriyent” jurnalının 4-cü sayında təqdim olunub.
 
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi avqustun 8-dən 13-dək aparılacaq. İxtisas seçimində ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi ilə bağlı ətraflı məlumat 5 saylı "Abituriyent" jurnalında təqdim olunub.
 
Xatırladaq ki, abituriyentlərin ixtisas seçimi zamanı düzgün istiqamət götürmələrinə kömək məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinə ötənilki qəbul imtahanlarında formalaşmış keçid balları haqqında məlumatlar ayrıca vəsaitlərdə çap olunub.

Google+ WhatsApp ok.ru