UNRWA: Qəzza tibbi və humanitar fəlakətlə üz-üzədir 23 May 2018 01:00 Fələstin -- Qəzzada səhiyyə sisteminin xilas edilməsi üçün dünyaya çağırış edilib BMT-nin Fələstinli Qaçqınlara Dəstək və İş Təşkilatı (UNRWA) Qəzzanın tibbi və humanitar fəlakətlə üz-üzə qaldığını açıqlayıb. Maide.Az “Shafaqna”ya istinadən xəbər verir ki, qurumun komissarı Pyer Kraxenbül dünyanın 30 martdan etibarən Qəzzada baş verənlərə dərk etməkdə aciz qaldığını söyləyib. O, Qəzzada səhiyyə sisteminin xilas edilməsi üçün dünyaya çağırış edib: “Qəzza xalqının 70 faizi qaçqın vəziyyətindədir. Qaçqınların bir çoxu müxtəlif səbəblərdən ölüb və yaralanıb. Onların arasında UNRWA məktəblərində oxuyan şagirdlər də var”. Komissar sözlərinə əlavə edib ki, son aylarda keçirilən Böyük Qayıdış Yürüşündə yaralananlar 2014-cü ildəki müharibədən daha çox olub. O, xəstəxanalarda gördüyü mənzərə qarşısında şok keçirdiyini deyib: O bildirib ki, sionist israil rejimi tərəfindən fələstinlilərin orqanlarında ağır fəsad törətməsi üçün xüsusi silahlar istifadə edilmişdi. Xatırladaq ki, sionist İsrail tərəfindən işğal edilmiş tarixi torpaqlarına mart-aprel-may aylarında Böyük Qayıdış Yürüşü keçirən minlərlə fələstinli gülləbaran edilmişdi. 100-dən çox insan şəhid və 3000 -ə yaxın fələstinli isə yaralanmışdı. Teqlər : #UNRWA: Qəzza tibbi və humanitar fəlakətlə üzüzədir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionist rejimin qətliamları ilə bağlı beynəlxalq araşdırma başladı Sionist rejimdən daha bir utanmaz qərar
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar