UNRWA: Qəzza tibbi və humanitar fəlakətlə üz-üzədir

UNRWA: Qəzza tibbi və humanitar fəlakətlə üz-üzədir

-- Qəzzada səhiyyə sisteminin xilas edilməsi üçün dünyaya çağırış edilib

BMT-nin Fələstinli Qaçqınlara Dəstək və İş Təşkilatı (UNRWA) Qəzzanın tibbi və humanitar fəlakətlə üz-üzə qaldığını açıqlayıb.
 
Maide.Az “Shafaqna”ya istinadən xəbər verir ki, qurumun komissarı Pyer Kraxenbül dünyanın 30 martdan etibarən Qəzzada baş verənlərə dərk etməkdə aciz qaldığını söyləyib.
 
O, Qəzzada səhiyyə sisteminin xilas edilməsi üçün dünyaya çağırış edib:
 
“Qəzza xalqının 70 faizi qaçqın vəziyyətindədir. Qaçqınların bir çoxu müxtəlif səbəblərdən ölüb və yaralanıb. Onların arasında UNRWA məktəblərində oxuyan şagirdlər də var”.
 
Komissar sözlərinə əlavə edib ki, son aylarda keçirilən Böyük Qayıdış Yürüşündə yaralananlar 2014-cü ildəki müharibədən daha çox olub. O, xəstəxanalarda gördüyü mənzərə qarşısında şok keçirdiyini deyib:
 
O bildirib ki, sionist israil rejimi tərəfindən fələstinlilərin orqanlarında ağır fəsad törətməsi üçün xüsusi silahlar istifadə edilmişdi.
 
Xatırladaq ki, sionist İsrail tərəfindən işğal edilmiş tarixi torpaqlarına mart-aprel-may aylarında Böyük Qayıdış Yürüşü keçirən minlərlə fələstinli gülləbaran edilmişdi. 100-dən çox insan şəhid  və 3000 -ə yaxın fələstinli isə yaralanmışdı. 
 
 

Google+ WhatsApp ok.ru