UNRWA Qəzzada humanitar faciə ilə bağlı xəbərdarlıq etdi

UNRWA Qəzzada humanitar faciə ilə bağlı xəbərdarlıq etdi

BMT-nin Fələstinli Didərginlərə Yardım Agentliyi (UNRWA)  Qəzza zolağındakı humanitar faciə ilə bağlı xəbərdarlıq edib.
 
Maide.Az xəbər verir ki, UNRWA -nın əməliyyat rəhbəri Bo Shack Türkiyənin Anadolu xəbər agentliyinə verdiyi açıqlamada deyib ki, Qəzzada mühasirədə olan sakinlərin durumu daha ağırlaşıb, ona görə ki, işğalçı İsrail rejimi bu ərazilərə ərzaq məhsullarının idxalına əlavə mədudiyyətlər tətbiq edib.
 
B.Shack deyib ki, İsrail rejimi 2016-cı il may ayından indiyədək  2014-cü ildə müharibə nəticəsində baş vermiş dağıntıların bərpası üçün Qəzzaya hər hansı tikinti materialının gətirilməsinə icazə verməyib. 
 
UNRWA -nın əməliyyat rəhbəri deyib ki, Mühasirədə olan Qəzza zolağında su və işıq böhranı hələ də davam edir, infrasturuktur dağıdılıb və fələstinlilərin Rəfəh keçidindən gediş-gəlişi çox məhduddur.
 
Sionist İsrail rejimi 2007-ci ildən Qəzza zolağına qaşı mühasirəni gücləndirib və müharibədən ziyan görmüş bu bölgəyə yanacaq, tikinti materilalları və gündəlik məişətdə istifadə olunan əsas mallarının Qəzzaya gətirilməsinin qarşısını alır. 
 

Google+ WhatsApp ok.ru