UNRWA Qəzza ilə bağlı xəbərdarlıq etdi

UNRWA Qəzza ilə bağlı xəbərdarlıq etdi

BMT-nin Fələstinə humanitar yardımlar üzrə təşkilatı olan UNRWA həyəcan təbili çalır.

 
Təşkilat yaydığı yazılı açıqlamada vurğulayıb ki, bu gün Qəzza zolağına tətbiq olunan embarqo səbəbilə fələstinlilərin humanitar vəziyyəti daha da pisləşib.
 
"Əgər embarqo ləğv olunmasa yaxın tarixlərdə bölgədən faciəvi xəbərlər alacağıq. Bunun olmaması üçün İsrail tezliklə embarqonu ləğv etməlidir", - deyə açıqlamada diqqətə çatdırılıb.