UNİCEF: `Didərgin düşən müsəlmanların 60 faizini uşaqlar təşkil edir`

UNİCEF: `Didərgin düşən müsəlmanların 60 faizini uşaqlar təşkil edir`

BMT Uşaq fondu UNİCEF elan edib ki, Myanmar hökümətinin zülmündən evlərindən didərgin düşən müsəlmanların 60 faizini uşaqlar təşkil edir.

Maide.İnfo xəbər verir ki, BMT Uşaq fondu UNİCEF elan edib ki, Myanmar ordusunun zülmündən evlərindən didərgin düşən müsəlmanların 60 fazi, təqribən 420 min nəfəri Banqladeşə sığınıb ki, onların çoxusunu uşaqlar təşkil edir.

Qeyd edək ki, sayları 50 milyon olan Myanmar əhalisinin əksəriyyəti (70 faiz) buddizm dininə sitayiş edir. Ölkə əhalisinin bir neçə milyonunu dini azlıqlar hesab olunan müsəlmanlar təşkil edir. Ölkənin Arakan və Raxin əyaləti müsəlmanların sıx yaşadığı bölgələrdir. 2012-ci ildə bu iki əyalətdə həm bütpərəstlər və həm də hökümət qüvvələrinin törətdiyi qətliam və təcavüzlər nəticəsində 100 mindən çox müsəlman ev-eşiyindən didərgin düşüb və onlar hazırda Banqladeş sərhədlərində qaçqın düşərgələrinə sığınıb.

 
Ötən ilin sonunda isə Myanmar hökümətinin hərbi əməliyyatları nəticəsində təqribən 94 min nəfər məcburi köçkün düşüb ki, onların əksəriyyəti qonşu Banqladeşə qaçıb. 
 
Myanmarda qeyri-insani cinayətlərə son qoyulması məsələsində BMT və digər beynəlxalq təşkilatlar biganə yanaşır. Bir çox müsəlman ölkəsində insanlar bu biganəliyə son qoyulması tələbi ilə etiraz aksiyaları keçirir. Onlar Myanmar rejim liderləri və sözügedən cinayətlərin günahkarlarının müharibə cinayətkarları kimi tanıdılması və cəzalandırılmasını tələb edir. /

Google+ WhatsApp ok.ru