Uçqunda ölənlərin sayı 165 nəfərə oldu

İki gün öncə baş vermiş təbii fəlakət zamanı 100-ə yaxın ev qalın qar qatının altında qalıb.

Əfqanıstanın Pəncşir vilayətində baş vermiş qar uçqunu nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb.
 
İki gün öncə baş vermiş təbii fəlakət zamanı 100-ə yaxın ev qalın qar qatının altında qalıb. Hökumət fəlakət qurbanlarının axtarış-xilasetmə əməliyyatlarına mindən çox əsgər cəlb edib. Hazırda da axtarış-xilasetmə qazıntıları davam edir.
 
Təbii fəlakət bölgəsində yolların keçilməz olması xilasedicilərin işlərini çətinləşdirir.
 
Meteoroloqlar bu il Əfqanıstanda normadan artıq qar yağıdını müşahidə ediblər.
 
Sonuncu dəfə ötən il leysan yağışlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində 250-dən çox insan həlak olmuşdu. ans/

Google+ WhatsApp ok.ru