Ustad Minşəvi’nin 1985-ci ildəki Quran tilavəti

Ustad Minşəvi’nin 1985-ci ildəki Quran tilavəti

Ustad Muhəmməd Siddiq Minşəvi İslam dünyasının böyük iftixarlarından və müxtəlif Quran avazlarının yaradıcılarından hesab olunur. 
 
Maide.Az xəbər verir ki, Ustad Muhəmməd Siddiq Minşəvi (1920-1969) Misirin Minşah şəhərində dindar bir ailədə dünyaya göz açmışdı.
 
Atası Şeyx Siddiq Minşəvi Quran tilavətinə görə heç vaxt əcr və mükafat tələb etməyən zahid məslək qarilərdən biri idi. Muhəmməd də bu əxlaq ilə yetişib Quran tilavətini yalnız bu müqəddəs kitabla bağlı olduğu üçün seçdi. O, atasının təlim və təşviqi ilə Quran maarifini və müxtəlif qiraətləri öyrənməyə başladı. Minşəvi elə həmin başlanğıcdan Quranı kamil surətdə hifz etməyə başladı. 9 yaşından etibarən Misir Ərəb radiosundan mübarək Ramazan ayında tilavətlərinin yayınlanması ilə şöhrət tapdı. 
Belə ki, Misirin məşhur qarilərindən biri kimi tanındı.
 
Tilavət tərzi, gözəl səs, mülayim və həzin avaz, düzgün tələffüz və qüvvətli bəyan mərhum Minşəvinin qiraətinin xüsusiyyətlərindəndir. O, İslam dünyasının böyük iftixarlarından və müxtəlif Quran avazlarının yaradıcılarından hesab olunur.  (iqna) /
 
Ustadın səsindən mübarək "Nəhl" surəsindən tilavət edilən bir neçə ayəni təqdim edirik.

Google+ WhatsApp ok.ru