Ustad Məhəmməd Şəbibdən gözəl Quran tilavəti - audio

Quranın Əhzab surəsinin 28-39-cu ayələrinin tilavəti. Qari ustad Məhəmməd Əhməd Şəbib. 
Maide.az-ın məlumatına görə, Şeyx Məhəmməd Əhməd Şəbib 1934-cü ildə Misirdə dünyaya gəlib. O uşaqlıq illərindən Quranın tilavətini öyrənməyə maraq göstərib. 
 
Əhzab surəsi haqqında
Əhzab surəsi Mədinədə nazil olub, 73 ayəsi var. Surədə İslamın çox önəmli məsələləri haqqında ayələr yer alıb. Surənin əvvəlində Allah Taala İslam Peyğəmbərini (s) Allaha itaət etməyə və kafirlərə itaət etməməyə çağrır. Allah Taala Peyğəmbərə (s) kafirlər və münafiqlər qarşısında dəstək olacağını bildirir. 
Surənin davamında cahiliyyət dövrünün bəzi xorafatları haqqında danışılır və onların batil məsələlər olduğu vurğulanır. Surənin digər hissəsi Əhzab müharibəsi ilə bağlı olan hissəsidir. Həmin müharibədə baş verən hadisələr, müsəlmanların kafirlərə möcüzəli qələbəsi, münafiqlərin bəhanələri, yaratdığı problemlər və Allah Taalanın verdiyi göstərişlər haqqında danışılır. Təthir ayəsi də bu surədədir. Surənin digər bir hissəsində Hicab məsələsi ilə bağlı danışılır və bütün imanlı qadınları İslamın bu göstərişinə əməl etməyə çağırır. 
Surənin sonunda Məad məsələsi və qiyamət günü xilas yolları haqqında danışılır.  /
 

Google+ WhatsApp ok.ru