Uydurma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun Fransa parlamentində səsverməyə çıxarılır

Sabah Fransa parlamenti qondarma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan yeni qanun layihəsini səsverməyə çıxaracaq.
 
APA-nın xəbərinə görə, bu barədə “Nouvelles d`Armenie” məlumat yayıb. Yeni qanun layihəsinin də müəllifi ermənipərəst fransalı parlamentar Valeri Buayedir.
 
Qeyd edək ki, 2013-cü ildə həmin parlamentarın müəllifi olduğu uydurma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi Fransa Senatında qəbul edilsə də, Konstitusiya Şurası qanunu Fransa Konstitusiyasına uyğun hesab etməyərək qəbul etməkdən imtina etmişdi. 

Google+ WhatsApp ok.ru