1300-dən çox Amerikalı etirazçı həbs olunub

Bu günə qədər 1300-dən çox Amerikalı etirazçı həbs olunub

 
Maide.Az xəbər verir ki, "The Guardian" yazır ki, ABŞ-ın 16 şəhərində irqçilik əlryhinə cümə axşamından başlayan etiraz aksiyalarında indiyədək 1300-dən çox insan həbs edilib.
 
Təkcə cümə günü Los-Ancelesdə keçirilən aksiyada 500 etirazçı saxlanılıb.
 
Qeyd edək ki, ABŞ-ın Minnesota ştatında Corc Floyd adlı qaradərili vətəndaşın polis zorakılığı nəticəsində kameralar qarşısında öldürülməsindən sonra Birləşmiş Ştatların 10-dan çox şəhərində bir çox hallarda iğtişaşlarla müşayiət olunan mütəmadi nümayişlər keçirilir. Polis aksiyaları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Aksiyaçılardan ölənlərin olduğu bildirilir.