15 il hazırlandı, ‘Milyonçu’ yarışmasının ən böyük mükafatını qazandı

Almaniyada yaşayan Jan Stroh məşhur “Milyonçu” verilişinin ən böyük mükafatı olan 1 milyon avronu qazanıb.
 
Maide.Az “Posta”ya istinadən xəbər verir ki, o, yarışda iştirak etmək üçün 15 il hazırlaşıb.
 
Belə ki, evinin padvalında yarışmanın formatına uyğun studiya qurub və yarışma həyəcanını orada yaşayıb. Bundan başqa 1047 seriyasın hər birini izləyib və sualları analiz edib.
 
Dəfələrlə yarışmaya qatılmaq üçün müraciət etsə də, buna nail ola bilməyib. Sonda istəyinə nail olub və ən böyük mükafatı qazanıb.