17 milyondan çox yəmənlinin içməli suya çıxışı yoxdur

Yəməndə 17 milyondan çox insanın içməli su və müasir kanalizasiya xidmətlərindən istifadə imkanları yoxdur.
 
Maide.Az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Tvitter səhifəsində məlumat yayıb.
 
Təşkilat yeni növ koronavirus pandemiyası (Kovid-19) təhlükəsi qarşısında əhalinin təmiz su ilə təmin edilməsinin böyük əhəmiyyət daşıdığını qeyd edib.
 
27 aprel bazar ertəsi günü Yəmən Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxan yeganə şəxsin sağalaraq evə buraxıldığını bildirib. Bu gün isə  Yəməndə yeni növ koronavirusdan yaranan xəstəliklərdən ilk iki ölüm hadisəsi qeydə alındığı  bildirilib.
 
Təşkilatdan qeyd edildiyi kimi, ölkədə Kovid-19 infeksiyası halları qeydə alınmayıb. Bundan əvvəl BMT-nin Humanitar Yardım Koordinasiya İdarəsi Yəməndə yeni növ koronavirusun yayıldığını, lakin hələ aşkarlanmadığını bildirmişdi.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından Yəmənə təcavüz edir və ona qurudan, dənizdən və havadan blokada tətbiq edir. İllərdir davam edən müharibədə 16 mindən çox yəmənli həyatını itirib, on minlərlə insan yaralanıb və milyonlarla insan evlərindən didərgin düşüb. 
 
 Hazırda 25 milyon əhalisi olan Yəmənin təxminən 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.