2019-cu ilin yanvar-noyabr aylarında ölkədə ölənlərin sayı açıqlanıb

 2019-cu ilin yanvar-noyabr aylarında ölkədə 50796 ölüm halı qeydə alınıb.

Trend-in məlumatına görə,  2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.
 
Qeyd olunan müddət ərzində isə Azərbaycanda 129183 uşaq doğulub. Ümumilikdə ölkə əhalisinin sayı 2019-cu ilin əvvəlindən 78737 nəfər və ya 0,8 faiz artaraq, 2019-cu il dekabr ayının 1-i vəziyyətinə 10060194 nəfərə çatıb.
 
Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub.