21 beynəlxalq təşkilat Bəhreyndə siyasi məhbusların azad edilməsini tələb etdi

Aprelin 6-sı Bəhreyndə Demokratiya və İnsan Haqları üçün amerikalılar da daxil olmaqla 21 beynəlxalq insan haqları təşkilatı Ali Xəlifə rejimindən dərhal siyasi məhbusları, inqilabçı hərəkat liderlərini və insan haqları müdafiəçilərini azadlığa buraxmasını tələb ediblər.
 
Maide.Az "deyerler.org" -a istinadən xəbər verir ki, Beynəlxalq Amnistiya təşkilatının Yaxın Şərq üzrə araşdırma direktoru Lin Maaluf Bəhreyn həbsxanalarında KOVİD-19 infeksiyasına yoluxma riskinin artmasından narahatlığını qeyd edərək, Bəhreyn rəsmilərindən sadəcə dinc aksiyalara qatılmaq və haqlı tələblərinə dilə gətirməkdən ötrü həbs olunan insan hüquqları və siyasi fəalların koronavirus epidemiyasının olduğu mövcud şərtlərdə sərbəst buraxılmasını istəyib.
 
Maaluf əlavə edib ki, hələ də həbsdə olan siyasi və vicdan məhbusları arasında Sağ hərəkatın baş katibi kimi dinc hərəkatın liderləri cənab Həsən Muşaima, müxalifət lider Əbdül Vahab Hüseyn, hüquq müdafiəçiləri Nəbil Rəcəb və cənab Əbdülhadi Əl-Xəvacə, Sağ hərəkatının sözçüsü doktor Əbdül Cəlil Əl-Sinqacə və sadəcə ifadə azadlığını istifad etdiyinə görə həbs olunan Əl-Vifaq Cəmiyyətinin lideri Əli Salman və s. var.
 
Bəyanatda, Bəhreyn zindanlarında olan əksər siyasi fəalların və müxalifət liderlərinin xroniki xəstəliklərinin olduğunu və sağlamlıqlarının həssas olduğu bir vaxtda koronavirusa yoluxmaları təqdirdə daha da pisləşəcəyini bildirib.
 
Human Rights Watch və BMT də Ali Xəlifə rejiminin Bəhreyn həbsxanalarında lazımlı tibbi xidmət göstərə bilməməsindən narahatlığını qeyd edib. Bu Əhli-Beyt (ə) alimi Həsən Muşaimə və Əbdül-Cəlil Əl-Sinqacə kimi bir çox məhbusun həyatı üçün təhlükə yaradıb.
 
Human Rights Watch təşkilatının Yaxın Şərq bölməsinin direktor müavini Coi Stork belə qeyd edib: “Bəhreyndə məhbusların azad edilməsinin ilk mərhələsi müsbət idi, lakin kifayət deyil. Rejim yalnız siyasi etiqadlarına görə həbs edilənləri azad etmək və ya ifadə və dinc toplaşmaq hüququndan istifadə etməklə həbsə atılan vətəndaşları daha da azaltmalıdır. Bununla yanaşı, hakimiyyət digər məhkumların tibbi yardım almasını təmin etmək üçün səyləri gücləndirməli, sağlamlıq və gigiyena vasitələri və KOVİD-19 epidemiyası ilə mübarizə üçün lazım olan tibbi və gigiyeni vasitələrini təmin etməlidir”.
 
Bəyanat Ali Xəlifə hakimiyyətini siyasi məhbusları azad etməyə çağıran 21 beynəlxalq təşkilatın imzası ilə başa çatıb.