2 milyon 400 min yəmənli uşaq pis qidalanmadan əziyyət çəkir

BMT-nin uşaq fondu- YUNİSEF (UNICEF) Yəməndə uşaqların son durumu ilə bağlı hesabat açıqlyıb.
 
Maide.Az xəbər verir ki,  YUNİSEF bildirib ki,  ilin sonuna kimi Yəməndə pis qidalanmadan əziyyət çəkən uşaqların sayı 2 milyon  400 min nəfərə çata bilər. 
 
YUNİSEF  Yəmənə edilən humanitar yardımların azadlığını bildirib və qeyd edib ki, bu məsələ  pis qidalanmadan əziyyət çəkən uşaqların sayını artırır. 
 
Hesabatda  pis qidalanmadan əziyyət çəkən 5  yaşından aşağı uşaqların sayının 20 faiz artdığı qeyd olunub. 
 
YUNİSEF xəbərdarlıq edib ki, təcili  Yəmənə humanitar yardım edilməzsə  bu ölkədə aclıq baş verəcək. 
 
YUNİSEF  dünyada Yəmənin uşaqlar üçün ən pis yer olduğunu qeyd edib. 
 
UNİCEF-in məlumatına görə, hazırda 7.8 milyona yaxın uşaq məktəbdən kənarda qalıb ki, bu da onları işsizlik və silahlı qruplara cəlb olunmaq və erkən nikah təhlükəsi ilə üzləşdirir.
 
Xatırladaq  ki, Səudiyyə rejimi,ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında hava, dəniz və qurudan maneə törətməklə Yəmənə qarşı hərbi təcavüzə başladı. Bu günə qədər Səudiyyə rejimi və müttəfiqlərinin Yəməndə başlatdıqları müharibə 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla vətəndaşının qaçqın olmasına səbəb oldu.