3. Əməvilər hakimiyyətinin süqutu üçün şəraitin hazırlanması

Kərbəla inqilabı – Siyasi və ictimai təsirlər

Kərbəla inqilabı siyasi nöqteyi-nəzərdən iki mühüm və inkaredilməz təsir qoydu. Bu da, nəinki müxtəlif tarixi mənbələrdə qeyd olunmuş və sonrakı qiyam və hadisələr onu sübut etmiş, hətta elə Kərbəla inqilabının başlanğıcından Əməvi rəhbərlərinin etirafına səbəb oldu. Bu iki mühüm təsir camaatın Yezid və Əməvilər hakimiyyətinə nifrəti və günü-gündən Əhli-beytin (s) məzlumiyyətinin aşkar edilib, onların məhəbbətinin artmasından ibarət idi.

a) Yezid və Əməvilərə nifrət hissi

Yezidin Kərbəla faciəsinə görə peşmançılığı və yaxud peşmançılıq nümayiş etdirməsi, başqa sözlə, onun Kərbəla əsirləri ilə yaxşı rəftarı və yaxud bəzi tarixi mənbələrdə onunla bağlı verilən belə məlumatlar Yezidin ümumi nifrət və camaatın qəzəbindən vəhşətini aşılayırdı. Yezid özü bu mühüm məsələni etiraf etmişdir. Necə ki, məlumatların birində belə göstərilmişdir: “Allah Mərcanənin oğluna (İbn Ziyada) lənət etsin ki, Hüseyni qətlə məcbur etdi... İbn Ziyad, doğrudan da, mənim ədavət və kin-küdurətimi hər bir yaxşı və pis, saleh və fasiq insanın qəlbində yerləşdirdi.” (“Ənsabul-əşraf”, 3-cü bölüm, səh.130 və 140-143.)

61-ci ilin “Aşura” inqilabından sonra baş vermiş qiyam və yürüşlər Əməvilər hakimiyyətinə qarşı ümumi nifrətə növbəti bir şahiddir. Buna “Hirrə” (Mədinə əhalisinin) qiyamı, “Təvvabin” (tövbəkarlar) qiyamı, Muxtar Səqəfinin qiyamı, Abdullah ibn Zübeyrin bir neçə illik hakimiyyəti, Züeyd ibn Əli ilə Yəhya ibn Zeydin qiyamı və müxtəlif şəhərlərin əhalisinin onlarla əməkdaşlığını misal göstərmək olar. Bu hadisələr camaatın Əməvilər hakimiyyətinə nfrətini və nəticədə əbədi süqutunu açıq-aşkar aşılayır.

b) Əhli-beytin (ə) nüfuzunu genişlənməsi

İmam Hüseyn (ə) və dostlarının Kərbəlada faciəli şəhadətindən sonra Əhli-beytin (ə) məzlumiyyəti camaatın diqqətini daha da özünə cəlb etdi. Bu məzlumiyyət müsəlmanlarda onlara məhəbbət hissini artırdı. Abbasilərin Əhli-beytin müsəlmanlar arasındakı nüfuz və məhəbbətindən sui-istifadə edərək, tədricən, siyasi mövqe qazandılar və Əməvilər hakimiyyəti süqut etdikdən sonra Abbasilər canişin qüvvə olaraq hakimiyyəti ələ keçirtdilər. (“Tarixi-təşəyyö dər İran”, səh. 140-143; “İnqilabi-Kərbəla əz didqahe əhli-sünnə – Əhli-sünnə baxımından Kərbəla inqilabı”, Ustad Əbdülməcid Nasiri Davud, səh.274-275.)

Maide.az – Maarif bölümü