4-cü İmamdan (ə) 4 hədis- 3

1. Allaha ibadətin səbəbi
 
İmam Səccad (ə) buyurmuşdur:
 
إنّي أكرَهُ أن أعبُدَ اللّهَ لا غَرَضَ لي إلاّ ثَوابَهُ، فَأَكونَ كَالعَبدِ الطَّمِعِ المُطيعِ، إن طَمِعَ عَمِلَ وإلاّ لَم يَعمَل. وأكرَهُ أن أعبُدَهُ (لا غَرَضَ لي) إلاّ لِخَوفِ عِقابِهِ، فَأَكونَ كَالعَبدِ السَّوءِ إن لَم يَخَف لَم يَعمَل. قيلَ لَهُ: فَلِمَ تَعبُدُهُ؟ قالَ: لِما هُوَ أهلُهُ بِأَياديهِ عَلَيَّ وإنعامِهِ.
 
“Mənim Allaha yalnız savab üçün ibadət etməkdən xoşum gəlməz. Çünki o vaxt müti və eyni halda tamahkar bir köləyə bənzəyərəm. Eləcə də, yalnız başı üzərində şallaq olduqda işləyən pis bir qul kimi, Onun əzab və cəzasından qorxaraq ibadət etməyi də xoşlamıram.” İmam Səccaddan (ə) “Onda Allaha nə üçün ibadət edirsən?” – deyə soruşulduqda, buyurdu: “Mənə mərhəmət etdiyi və nemət verdiyi üçün Onu ibadətə layiq bilirəm.” (“Ət-təfsirul-mənsub iləl-İmamil-Əskəri (ə)”, səh.328, hədis 180.)
 
2. Əhli-beytə (ə) məxsus altı xislət və yeddi fəzilət
 
İmam Səccad (ə) Yezidin məclisində belə buyurmuşdur:
 
أيُّهَا النّاسُ، اُعطينا سِتًّا، وفُضِّلنا بِسَبعٍ: اُعطينَا العِلمَ، والحِلمَ، والسَّماحَةَ، والفَصاحَةَ، والشَّجاعَةَ، والمَحَبَّةَ في قُلوبِ المُؤمِنينَ. وفُضِّلنا بِأَنَّ مِنَّا النَّبِيَّ المُختارَ مُحَمَّدًا (ص)، ومِنّا الصِّدّيقُ، ومِنَّا الطَيّارُ، ومِنّا أسدُ اللّهِ وأسَدُ الرَّسولِ، ومِنّا سَيِّدَةُ نِساءِ العالَمينَ فاطِمَةُ البَتولُ، ومِنّا سِبطا هذِهِ الاُمَّةِ وسَيِّدا شَبابِ أهلِ الجَنَّةِ
 
“Ey camaat, bizə altı xislət və yeddi fəzilət verilmişdir: “Elm, helm, səxavət, fəsahət, şücaət və möminlərin qəlbində məhəbbət xislətləri əta olunmuş, seçilmiş peyğəmbər Muhmməd (s), “düzdanışan” (İmam Əli (ə)), “uçan” (Cəfər Təyyar), Allahın aslanı (İmam Əli (ə)), Peyğəmbərin aslanı (Həzrət Həmzə), dünya qadınlarının xanımı Fatimeyi-Bətul və bu ümmətin iki nəvəsi – Cənnət gənclərinin sərvərləri ilə bizə fəzilət bəxş edilmişdir!” (“Məqtəlul-Hüseyn”, Xarəzmi, c.2, səh.69.)
 
3. Əhli-beyt (ə) gəmisi
 
İmam Səccad (ə) buyurmuşdur:
 
نَحنُ الفُلكُ الجارِيَةُ فِي اللُّجَجِ الغامِرَةِ، يَأمَنُ مَن رَكِبَها ويَغرَقُ مَن تَرَكَها
 
“Biz dərin və geniş dənizlərdə hərəkət edən bir gəmiyik ki, ona minən amanda qalar və onu tərk edən boğular.” (“Yənabiul-məvəddət”, c.1, səh.76.)
 
4. Övladın haqqı
 
İmam Səccad (ə) buyurmuşdur:
 
أمّا حَقُّ وَلَدِكَ فَأن تَعلَمَ أنَّهُ مِنكَ ، و مُضافٌ إلَيكَ في عاجِلِ الدُّنيا بِخَيرِهِ وَشَرِّهِ ، وأَنَّكَ مَسؤولٌ عَمّا وَليتَهُ مِن حُسنِ الأَدَبِ وَالدِّلالَةِ عَلى رَبِّهِ، عز و جلوَالمَعونَةِ عَلى طاعَتِهِ ، فَاعمَل في أمرِهِ عَمَلَ مَن يَعلَمُ أنَّهُ مُثابٌ عَلَى الإِحسانِ إلَيهِ ، مُعاقَبٌ عَلَى الإِساءَةِ إلَيهِ
 
“Övladın haqqı odur ki, onun sənə aid (və ona görə cavabdeh) olduğunu bilməlisən və dünyada yaxşı-pis işləri də sənə nisbət veriləcək. Şübhəsiz, onu yaxşı tərbiyələndirmək, Rəbbinə doğru yönəltmək və Ona itaətdə yardımçı olmaq sənin öhdəndədir. Belə isə, onunla yaxşılığna görə mükafat, pisliyinə görə cəzalanacağını bilən kəs kimi rəftar et.” (“Mən-lə yəhzuruhul-fəqih”, c.2, səh.622, hədis 3214.)
 
Maide.az – Maarif bölümü