51 yaşlı futbolçu ilə yeni müqavilə imzalandı

Dünyanın ən yaşlı professional futbolçusu Kazuyoşi Miura Yaponiyanın 2-ci liqa təmsilçisi “Yokohama FC” ilə yeni müqavilə imzalayıb.
 
Maide.Az CNN Türk-ə istinadən xəbər verir ki, 26 fevralda 52 yaşını qeyd edəcək hücumçu daha 1 il yaşıl meydanlarda qalacaq.
 
Miura bildirib ki, neçə yaşında olmasından asılı olmayaraq hər zaman böyük istəklə oynayacaq.
 
O, professional karyerasında 34-cü mövsümünü keçirəcək.