8 yaşlı müsəlman qız Beynəlxalq Riyaziyyat Yarışmasının qalibi olub

Türkiyənin Kayseri şəhərindən olan 8 yaşlı Nilufer Şimşek Beynəlxalq Riyaziyyat Yarışmasının qalibi olub.
 
Maide.Az  xəbər verir ki, müsəlman qızcığaz 2-ci sinif şagirdləri arasında ingilis dilində keçirilən riyaziyyat yarışmasında 1582 şagird arasında fərqlənib.
 
TRT-nin verdiyi xəbərə görə, Kanadada təşkil edilən bu yarış internet vasitəsi ilə keçirilir və riyaziyyata marağı artırmaq və riyazi problemləri oyun və əyləncəli şəkildə həll etmək məqsədi daşıyır.
 
Qeyd edək ki, müsabiqə ildə 6 dəfə olmaqla, 12 kateqoriya üzrə ingilis, fransız və fars dillərində keçirilir.