Ənsarullah lideri :Yəmənə hücum edənlər çox peşman olacaqlar!

Yəmənin Ənsarullah Husilər Hərəkatının lideri Əbülməlik Əl-Husi Körfəz müttəfiqlərinin başladığı işğalçı əməliyyatlardan sonra ilk açıqlamasını edib. Husi lideri açıq şəkildə bildirib ki, Səudiyyə rejiminin başçılığı altında başladılan bu hücumların arxasında işğalçı və sionist İsrail rejimi dayanır.
"Sədiyyə Ərəbistanının başçılığı ilə həyata keçirilən əməliyyatların arxasında İsrail rejimi dayayır, düşmən qüvvələr onun əmrini yerinə yetirir. Səudiyyə rejimi bölgədə fitnə salmaq istəyir".
 
Əl-Husinin çıxışının mətnini təqdim edirik: 
 
Bağışlayan və Mehriban Allahın adı ilə. Səudiyyə və müttəfiqlərinin son hücumu Yəmənin onların böyük layihələrini pozmasına görə olub. Bu ABŞ-ın planları əsasında baş tutub. Siz miskinliklərinizə güvəndiyiniz kimi, Yəmən xalqı da Allaha güvənir. Biz Allaha güvənirik və Allaha təvəkkül edirik. Və zəfər də Allahdan gələcək! Əsla boyun əyməyəcəyik. Allahın köməyi ilə qələbəyə nail olacağıq. Ən kiçik şübhəmiz belə yoxdur! Allah Quranda "Zülm edilənlərə cihad hüququ verilib" - deyir! Onlar torpaqlarımızı işğal edərkən, biz boş-boş oturmayacağıq. Övladlarımızı öldürməyə icazə verməyəcəyik. Səudiyyə və koalisiya qüvvələri çox böyük xəta etdiklərini anlayacaqlar. Yəmən xalqı Allahdan aldığı güclə bu zülmə qarşı mübarizə aparacaq".
"Ənsarallah" lideri Səud və dəstəkçilərinin hücumunun qanuni səbəbinin olmadığını bildirərək deyib: "Bizə bir səbəb söyləsinlər! Bu xalqa müharibə elan etmələrinə görə səbəb söyləsinlər! Necə də sadə formada bu xalqı hədəfə ala bilirlər?! Bunun necə böyük axmaqlıq olduğunu görəcəklər. Torpaqlarımızı işğal edəcəklərini necə düşünürlər?! Ey miskin xainlər, sizə səslənirəm! Məsələ düşündüyünüz qədər asan deyil! Yəmən xalqı azad bir xalqdır və kölələşdirilməyi heç vaxt qəbul edə bilməz! Yəmən xalqı maddi olaraq kasıb bir xalq ola bilər, amma iman və əxlaq cəhətdən sizdən fərqli olaraq güclü bir xalqdır! Yəmən xalqı güclüdür, çünki haqlıdır! Heç bir güc bizi kölə edə bilməz! Nə Səudiyyə Ərəbistanı, nə də digər ölkələr! Yenə də xalqımıza səslənirəm və başlatdıqları mübarizəni sona qədər davam etdirməyi söyləyirəm. Biz Allahın bizim üçün yazdığı bu vəzifəni şərəflə yerinə yetirməkdən çəkinməyəcəyik! Heç olmadığımız qədər qərarlıyıq!".
Əl-Husi daha sonra deyib: "24 milyon yəmənli sizinlə döyüşə hazırdır. Allahın izniylə zəfər qazanacağıq! Şəxsiyyətini az dəyər qarşılığında satmış olanlara müraciət edirəm: Səhv edirsiniz! Dünyanın bütün azad və hürr insanlarına müraciət edirəm: Meydanlara çıxın və bu hücumlara qarşı səsinizi yüksəldin!  Bu gün Yəmən xalqının qəhrəmanlıq və vəfa günüdür. Vətənə sədaqət günüdür! Edilməsi lazım olanlar bir zərurətdir! İş adamları və mətbuat nümayəndələrinə müraciət edirəm: Xalqın izzətini maddi və informasiya sahələri üzrə müdafiə etmək sizin üzərinizə düşür!  Bundan sonra iki cəbhədə mübarizə aparacağıq: Daxildə və xaricdə. Allahın izni ilə kənardan gələn hücumlara ən gözəl cavabları verəcəyik! Şərəfli Yəmən xalqı Səudiyyə Ərəbistanının zülmünə boyun əyməyəcək! Lazım olan cavabı ən sərt şəkildə verəcəkdir! Yəmənin onlar üçün sadə bir tikə olacağını necə düşünə bilirlər? Müttəfiq xainlər, sizə deyirəm ki, bu məsələ bu qədər sadə deyil! Təyyarələriniz gecə yuxuda olan uşaqları hədəfə alır, eləmi?! Bu xalqa müharibə elan etmələrinin vacibliyini tələb edəcək tək bir qanuni səbəb desinlər. Deyə bilməzlər! Biz əminik ki, Allah bizi zəfərə çatdıracaq! ...Dərhal geri çəkilin! Yəmən sizin düşündüyünüz kimi, işğal edilə biləcək ölkə deyil! Yəmən xalqının buna icazə verməyinimi zənn edirsiz? Xeyr! Yəmən xalqı bir qarış torpağını belə işğal etməyə icazə verməz! Misir xalqı ilə Yəmən xalqı qardaşdır. Misir xalqı ordularının pulla satın alınmasına icazə verməməlidir. Misirin düşüncəli xalqına səslənirəm..Misir ordusunun  Yəmənə yönəlməsinə icazə verməyin...".
"Ənsarallah" lideri insan haqları təşkilatlarını da tənqid edib: "İnsan haqları haradadır? Beynəlxalq hümanitar hüquq normaları haradadır? Beynəlxalq müqavilələr və insan haqları ayaqlar altına atılıb. Yəmən xalqı da boş dayanacaq deyil! Səudiyyə necə də asan formada Yəmənə hücum edə bilir?! Bu gün Yəməndə baş verənlər Fələstində də baş verir. Fələstin xalqı necə İsrailə dərs veribsə, Yəmən xalqı da xainlərə o formada lazımi dərsi verəcək! Əgər bu hücum davam edərsə, qarşıda gələn günlərdə hansı yolu təyin edəcəyimizi açıqlayacağıq! Son olaraq bu hücumları təşkil edənlərə, hücumları durdurmağını məsləhət görürəm. Xalqımıza isə mübarzə səflərində mətin durmağa səsləyirəm. Allahın salamı və rəhməti üzərinizə olsun!". islamazeri/