Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:
TƏYƏMMÜMÜN HÖKMLƏRİ
SUAL 93: Cənabət qüslünün əvəzində təyəmmüm edən şəxs sonrakı namazları da həmin təyəmmümlə qıla bilərmi?
Bütün mərcəi-təqlidlərin rəyi: “Əgər üzrü aradan qaldırılmayıbsa və təyəmmümü də batil olmayıbsa, sonrakı namazları da həmin təyəmmümlə qıla bilər.”
(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 726; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 726; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 733; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 202 və 204.)