“ABŞ-la müzakirəni qadağan edirəm”: Ayətullah Xameneyidən sərt mövqe

-- ABŞ özü nağd aldığı mənfət qarşılığında, isə nağd heç nə vermir

"ABŞ müharibə xəyalı ilə  qorxaqları  qorxutmaq, müzakirə məsələsində də  ikibaşlı oynayır. Bu cür saxtakar bir hökumətlə nə müzakirə etmək olar?”
 
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Tehranda İranın müxtəlif bölgələrindən gələn vətəndaşlarla görüşündə deyib.
 
Ölkədəki iqtisadi problemlərdən, milli valyutanın dəyərinin düşməsindən və həll yollarından danışan Ayətullah Xameneyi ABŞ-ın İrana təklif etdiyi müzakirə məsələsinə toxunub.
 
“ABŞ  hazırda  müzakirə etmək təklifi edib.  Bu yeni məsələ deyil.  İslam İnqilabının ilk günündən  bu cür təkliflər dəfələrlə olub. Nə üçün müzakirə etmirik? Çünki ABŞ-ın müzakirə formulası pul və gücə söykənir. Odur ki,  danışıqları alış-veriş hesab edirlər.  Onlar müzakirə etmək istəyərkən, özləri üçün əsas hədəfləri müəyyən edir və budan bir addım belə geri çəkilmirlər.  Qarşı tərəfdən üstünlüklər və mənfətlər əldə etməyi tələb edir və bu baş verməzsə, səs-küy salaraq qarşı tərəfi razı salına qədər davam edirlər.  ABŞ özü nağd aldığı mənfət qarşılığında, isə nağd heç nə vermir.  Yalnız “tutarlı” söz verməklə digər tərəfi ümidvar edir.  Sonda isə  istədiklərini əldə etdikdən sonra  verdiyi sözü pozur.  Bu ABŞ-ın müzakirə metodudur. Bu cür saxtakar bir hökumətlə nəyi müzakirə etmək olar?”
 
Ayətullah Xamenei  bildirib ki,  Hərtərfli Birgə Fəaliyyət Planı  buna əyani sübutdur. “Mən bu məsələdə çox çətin şərtlər və qırmızı xətlər müəyyən etmişdim ki, onlara əməl olunmadı.  İran nə zaman  elə bir gücə çatsa ki,  ABŞ-ın bu  təzyiqləri və oyunları ona təsir etməsin, o zaman  müzakirə aparacaq. Bu gün isə belə bir şey yoxdur.  Ona görə İmam Xomeyni  ABŞ-la müzakirəni  qadağan etdi və mən də qadağan edirəm”. 
 
Ayətullah Xamenei bildirib ki,  ABŞ ötən bir il yarım ərzində ədəbsiz və kobud siyasətdən istifadə edir. “Onlar əvvələr də  diplomatiyada ədəbsizlik edirdilər, lakin son vaxtlar  dünyanın bütün ölkələri ilə danışıqlarında bunu daha çoxaldıblar. Misal üçün ötən həftə Səudiyyə Ərəbistan  iki cinayət törətdi. Xəstəxanaya hücum etdi və 50-ə yaxın günahsız körpəni öldürdü. Sizlərin hər birinizin evində 8-9 yaşlı uşaqlar yoxdur?  Bu necə  böyük müsibətdir. İnsanın ürəyini ağrıdır. Bu hadisə dünya ictimaiyyətinin vicdanını sizlatdı lakin ABŞ nə etdi?  Bu cinayətləri pisləmək əvəzinə  Səudiyyə ilə  stratejik əlaqələri olduğunu bildirdi.  Bu  həyasızlıq deyilmi? Yaxud ABŞ prezidenti  2-3 min miqrant uşağı anasından ayırdı  və qəfəsdə saxladı. Bu cinayətin tarixdə misli görülübmü?”
 
Ayətullah Xamenei  ABŞ-ın son vaxtlar İrana qarşı da  həyasız davranış sərgiləməsindən danışıb.  “Sanksiyalardan başqa daha iki məsələni ortaya atırlar. Müharibə və müzakirə.  Müharibə xəyalı ilə  qorxaqları  qorxutmaq istəyir, müzakirə məsələsində isə  ikibaşlı oynayırlar. Gah şərstiz, gah şərtlə müzakirə irəli sürülər.  Xalqa bu haqda iki kəlmə söz demək istəyirəm.  Müharibə olmayacaq və müzakirə etməyəcəyik. Bu  sözlərimin xülasəsidir və bunu İran xalqı bilsin."