Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir:
SUAL 96: Şərabxor şəxslə bir yerdə əyləşmək caizdirmi?
İmam Xomeyni, Ayətullah Behcət və Ayətullah Sistani: Şərabxorla bir yerdə oturmağın öz-özlüyündə eybi yoxdur, amma onun şərab içdiyi süfrədə əyləşmək, vacib ehtiyata əsasən, caiz deyil və həmin süfrədən bir şey yemək – halal qida olsa belə – haramdır.
(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 2634.)
Ayətullah Təbrizi, Ayətullah Xamenei, Ayətullah Safi, Ayətullah Fazil Lənkərani, Ayətullah Məkarim Şirazi, Ayətullah Nuri Həmədani və Ayətullah Vəhid Xorasani: Şərabxorla bir yerdə oturmağın öz-özlüyündə eybi yoxdur, amma onun şərab içdiyi süfrədə əyləşmək caiz deyil və həmin süfrədən bir şey yemək – halal qida olsa belə – haramdır.
(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 2634; (“Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 2698; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 1425.)