‘Hər nə qədər özümüz istəsək o qədər neft ixrac edəcəyik’ - Ayətullah Xamenei

“Hər nə qədər özümüz istəsək o qədər neft  ixrac edəcəyik.”
 
Maide.az "khamenei.ir" saytına istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Xamenei bu gün “zəhmətkeşlər” həftəsi münasibətilə  fəhlələrlə görüşündə ABŞ-ın İrana qarşı son neft  sanksiyası haqqında danışarkən deyib. 
 
Ayətulah Xamenei qeyd edib ki, bu səylər heç bir səmərə verməyəcək. “Biz ehtiyacımız olan qədər  və nə qədər istəsək  neft ixrac edəcəyik.  Onlar öz xəyalında yolu bağladıqlarını düşünürlər, lakin  xalqımız və  məsul şəxslərimiz  çalışsalar  bir çox dalanları açarlar.”
 
Ayətullah Xamenei  bildirib ki,  bu düşmənçilik cavabsız qalmayacaq.  “İran xalqı  elə xalq deyil ki, onların düşmənçilikləri qarşısında sakit otursun.”
 
Neftdən asılılığın azalmasının daha xeyirli olduğunu deyən Ayətullah Xamenei qeyd edib ki, düşmən  dünyada ədalət carçısı olan və xalqları oyadan  bizim İslam Respublikası, Böyük İnqilabımız və xalqımıza qarşı  dəfələrlə addımlar atıb və istəyinə çatmayıb.  “İndi də  müxtəlif iqtisadi  məsələlərlə  əleyhimizə addımlar atır. Deyirlər ki, İran xalqını diz çökdürmək istəyirik, lakin bilsinlər İran xalqı  onların qarşısında diz çökməyəcək”.