Əraf surəsini oxumağın fəziləti

 
“Əraf” surəsi 206 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur. 
 
Qeyd etmək lazımdır ki, Qurаnın 114 surәsindәn 86-sı Mәkkәdә nаzil оlmuşdur. Məkkədə nazil olan surәlәrdә, аdәtәn, әqidә әsаslаrındаn, şirklә mübаrizәdәn, insаnın mәqаmınа diqqәt vә bu kimi digər mәsәlәlәrdәn dаnışılır. “Əraf” surəsində də bu mövzulаrla yanaşı, Аdәmin İblislә әhvаlаtı, Nuh, Hud, Sаlеh, Lut, Şüеyb və Musа peyğəmbərlərinin sərgüzəştləri, İslаm Pеyğәmbәrinin (s) dәvәt üsulu, qiyаmәtdә bаş vеrәnlәr, insаnın tövbә vә islаhı, әrş, mizаn, Аllаhın insаnlа pеymаnı, Qurаnın bәyаnı vә әzәmәti ilə bağlı məsələlər bәyаn оlunmuşdur.
 
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kim “Əraf” surəsini tilavət etsə, Allah-Taala onunla şeytan arasında maneə yaradar və qiyamət günü Adəm peyğəmbər ona şəfaətçi olar.”
 
İmam Sadiq (ə) buyurmuşdur: “Əraf surəsini hər ay oxuyan qiyamət günü qorxusu və qəmi olmayanlardan, hər cümə günü oxuyan isə qiyamət günü hesabsız behiştə daxil olan kəslərdən olar.”
 
Həmçinin o həzrət buyurmuşdur: “Əraf surəsində “möhkəm ayələr” vardır, onu qiraət və tilavət (ona əməl) etməyi unutmayın ki, qiyamət günü Allah dərgahında onu oxuyanlara şahidlik edəcəkdir.”
 
(Təfsiri-burhan”, 2-ci cild, səh.2; “Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 6-ci cild, səh.74-75 və 183-191; “Surələr gülüstanı”, Məhəmmədhüseyn Cəfəri, səh.46.)
 
Maide.Az - Maarif bölümü