Ədəndəki vəziyyətin pisləşdiyi açıqlandı

Yəmənin "Qırmızı Xaç" təşkilatı Ədən şəhərindəki xəstəxanaların vəziyyəti barəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, Ədəndəki xəstəxanalarda dərman və tibbi ləvazimat çatışmazlıqları var.

"Ədən xəstəxanaları yaralıları müalicə edə bilmir", - deyə təşkilat diqqətə çatdırıb.

Qeyd olunub ki, Ədəndə ölümlərinin artmasına əsas səbəb səhiyyə sahəsindəki çatışmazlıqlardır.  /eastnews.org