‘Hizbullah’ ordusu İsraildən qisas aldı – Video

Livanın "Hizbullah" hərəkatının döyüşçüləri Livanla sərhəddə işğalçı İsrailə məxsus zirehli texnikanı məhv ediblər. 

 Nəticədə israilli hərbçilər arasında ölən və yaralananlar olub. 

 Xəbərdə qeyd olunub ki, "Hizbullah" əsgərləri sərhədi 3 km keçərək Avivim məntəqəsində İsrail ordusuna qarşı əməliyyat həyata keçirib.

Məlumatda 3 ədəd anti-tank raket komlepksilə İsrail ordusunun hərbi maşını nişan alındığı və içərisindəkilərin öldüyü və yaralandığı bildirilib. 

 "Hizbullah" vurulan texnikanın "Volf" zirehli maşın olduğunu açıqlayıb. Həmçinin yaralıları daşımağa gələnlərə qarşı insanlıq baxımından heç bir əməliyyat keçirilməyib.

Qeyd edək ki, "Hizbullah" baş katibi Seyid Həsən Nəsrullah İsrailin Livan ərazisinə etdiyi hücumlara cavab verəcəklərini bildirmişdi.

Bu çıxışdan sonra İsrail sərhədboyu təhlükəsizlik tədbirləri həyata keçirməyə başlamışdı.  /eastnews.org/