Ərbəin zəvvarlarına şad xəbər – Xosrəvi sərhəd-keçid məntəqəsi açıldı

Uzun illər təhlükəsizlik məsələlərinə görə bağlı qalan Xosrəvi sərhəd-keçid məntəqəsinin  rəsmi açlışı mərasimi keçirilib. 
 
Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki, mərasimdə  İran və İraq rəsmiləri iştirak edib. 
 
Xosrəvi sərhəd-keçid məntəqəsi  İrandan Kərbəla, Kazimeyn və Samirraya ən yaxın sərhəd-keçid məntəqəsidir.  Belə ki,  bu keçid məntəqəsindən  İraqın paytaxtına  190, Nəcəf 380, Kərbəla 300, Kazimeyn 203 və Samirraya isə  326 kilometr məsafə var.
 
Mərasimdə iştrak edən İran daxili işlər naziri  Rəhmani Fəzli  bildirb ki,  Ərbəin  mərasiminin rahatlığı üçün geniş işlər görülüb. “BÜtün orqanlar, aidiyyatı qurumlar Ərbənin mərasimin daha əzəmətli keçirilməsi üçün  çalışır.  Ümid edirik zəvvarlar daha yaxşı şəraitdə bu mərasimdə iştriak edəcəklər”. 
 
Qeyd edək ki, Xosrəvi sərhə-keçid məntəqəsi  səhər saat 7-dən axşam saat 19-dək  fəaliyyət göstərəcək. 
 
Qyed edək ki, Ərbəin yürüşündə zəvvarların gediş-gəlişi  İlam əyalətində Mehran, Xuzestan əyalətində Şələmçə və Çəzabə, Kirmanşah əyalətində Xosrəvi sərhəd – keçid məntəqələri vasitəsilə həyata keçiriləcək.
 
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.