‘İbrahim’ surəsini oxumağın fəziləti

 
“İbrahim” surəsi Məkkədə nazil olmuş və 52 ayədən ibarətdir.
 
Amma surənin “Bədr” döyüşündə öldürülənlərə həsr olunmuş 28-29-cu ayələri Mədinədə nazil olmuşdur. 
 
Surənin adından məlum olduğu kimi, onun bir hissəsində bütsındıran İbrahim peyğəmbər (ə), onun müjdələri, moizələri və duaları haqqında söz açıldığından, surə “İbrahim” adlandırılmışdır. 
 
Surənin digər hissəsində Nuh və Musa kimi keçmiş peyğəmbərlərdən, “Ad”və “Səmud” qövmündən, onların sərgüzəştlərindəki ibrət dərslərindən danışılır.
 
Peyğəmbəri-Əkrəmin (ə) belə buyurduğu nəql olunmuşdur:
من قرأ سورة إبراهيم عليه السلام و الحجر أعطي من الأجر عشر حسنات بعدد من عبد الأصنام و بعدد من لم يعبدها
 
“Hər kim “İbrahim (ə) və “Hicr” surələrini oxusa, bütə pərəstiş edən və pərəstiş etməyənlərin sayından on dəfə çox ona savab verilər.” 
 
(“Məcməül-bəyan”, 4-cü cild, səh. 193.)
 
Maide.Az