Əfqanıstanda prezidentin mitinqinə TERROR hücumu, 24 nəfər ölüb - YENİLƏNİB

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəninin keçirdiyi seçkiqabağı mitinqdə törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 31 nəfər yaralanıb.
 
Maide.Az xəbər verir ki, Hələlik heç bir silahlı qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib. 
 
Qeyd edək ki, sentyabrın 28-də Əfqanıstanda prezident seçkisi keçiriləcək. 
 
***
Əfqanıstanın Pərvan əyalətində ölkə prezidenti Əşrəf Qaninin seçki kampaniyası zamanı terror aktı baş verib.
 
Maide.Az xəbər verir ki, FaktXeber.com-un yerli mənbələrə istinadla verdiyi məlumata görə, avtomobildə quraşdırılan partlayıcı qurğu işə düşüb.
 
İlkin məlumatlara görə, azı  4 nəfər həlak olub. Hələ ki, xəsarət alanlar barədə məlumat yoxdur.