Əfqanıstanda baş verən partlayışda ölənlərin sayı 12 nəfərə çatıb

 
Əfqanıstanın Zəbul vilayətinin inzibati mərkəzi sayılan Qalat şəhərində Milli Təhlükəsizlik İdarəsinin yerləşdiyi binanın qarşısında baş vermiş  partlayışda ölənlərin sayı 12 nəfərə çatıb. 
 
Maide.Az “RİA novosti”yə istinadla xəbər verir ki, terror aktı xəstəxananada baş verib. Partlayış nəticəsində 85 nəfər yaralanıb. Hadisə qurbanları və xəsarət alanlar mülki şəxslər, xəstə və həkimlərdir.  
 
 “Taliban”ın partlayışın məsuliyyətini üzərinə götürdüyü qeyd edilib.