Əfqanıstanda ardıcıl hücumlar - 50 ölü, 98 yaralı

Bu gün səhər saatlarında Əfqanıstanın cənubunda xəstəxanaya bombalı hücum edilib.
 
Maide.az NTV-yə istinadən xəbər verir ki, tearkt nəticəsində 20 nəfər ölüb, 98 nəfər yaralanıb.
 
Hücum nəticəsində dağıntılar da əmələ gəlib. Ölü sayının artacağı istisna edilmir.
 
Bu hadisə bir neçə saat sonra ölkənin şərqinə hava hücumu təşkil edilib. Bu zaman isə 30 vətəndaş ölüb. Bununla da, gün ərzində terrorçular 50 nəfəri öldürüb, 98 nəfəri isə yaralayıb.
 
Hücumları “Taliban” terror təşkilatı öz üzərinə götürüb.
 
Qeyd edək ki, ABŞ-ın “Taliban”la danışıqları dayandırmasından sonra Əfqanıstanda teraktlar intensivləşib. Ötən həftə terror hücumları nəticəsində 48 nəfər ölmüşdü.