‘Süfrələrdə yemək üçün balıq tapılmır...’

"Azərbaycan xalqı balıqsevən xalq olsa da, süfrələrdə yemək üçün balıq tapılmır".
 
Maide.Az Sputnik Azərbaycan-a isitnadla xəbər verir ki,  bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən tədbirdə nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.
 
O qeyd edib ki, Azərbaycanda il ərzində adambaşına düşən balıq məhsullarından istifadə çəkisi 3-4 kq təşkil edir: "Halbuki bu göstərici dünyanın bir sıra ölkələrində 20 kq, Asiya ölkələrində isə hətta 40 kq təşkil edir. Biz bu sahədə müəyyən işlər görməli, balıq məhsullarından istifadənin miqdarının artırılmasına çalışmalıyıq".