‘Ərbəin’ mərasimləri üçün təhlükəsizlik tədbirləri artırıldı

İraqın Diyalə vilayətinin Təhlükəsizlik Komitəsi "Ərbəin" mərasimləri ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, "Ərbəin" mərasimləri üçün bütün təhlükəsizlik tədbirləri görülüb.

"Diyalə bölgəsinə İranın Xosrəvi sərhəd məntəqəsindən 100 min iranlı zəvvar daxil olub", - deyə məlumatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, təhlükəsizlik qüvvələri əməkdaşları aralıqsız olaraq zəvvarlar üçün əllərindən gələni edirlər. /eastnews.org/