Ərbəin mərasimində 70-dən çox ölkədən 21 milyon nəfər iştirak edib

2019-cu ilin oktyabr ayının 4-dən  20-dək  Ərbəin yürüşündə İmam Huseynin (ə) Kərbəlada ziyarət etmək üçün bu şəhərə daxil olan zəvvarların sayı 21 milyon olub. 
 
Maide.Az “tasnimnews” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Kərbəla şəhərinin yerli təhlükəsizlik, sərhəd və müdafiə xidmətlərinin təqdim etdiyi ən son hesabatda bildirilir ki, bu müddət ərzində Ərbəin yürüşündə İraqın 500-dən çox şəhər və kəndindən 17 milyon nəfər iştirak edib. 
 
Məlumata görə, yürüşdə  70-dən çox  ölkədən  4 milyon nəfər iştirak edib. Belə ki, yürüşdə iştirak edən xarici ölkə vətəndaşlarından  3 milyon nəfərdən çoxu iranlı,  yarım milyon pakistanlı,  və yarım milyon digər ölkə vətəndaşları o cümlədən  Azərbaycan, Hindistan, Türkiyə,  Əfqanıstan,  Livan, Kuveyt,  Bəhreyn,  Səudiyyə Ərəbistanı, ABŞ, bəzi Avropa ölkələri  və digər ölkələrdən olub. 
 
Cari ildə rəsmi məlumata görə, Ərbəin yürüşü mərasimində dünyanın 21 ölkəsi tərəfindən 10 min 700 mokib və xidmət qrupu fəaliyyət göstərib. Bu rəqəm yalnız qeydiyyata alınan mokiblərin  sayıdır.  İraqın müxətlif bölgələrində evlərdə və yollarda İmam Hüseyn (ə) zəvvarlarına xidmət göstərən  kiçik və böyük xidmət qrupları, məscid və hüseyniyyələrin  sayı isə 100 mini keçib. 
 
Qeyd edək ki, bundan öncə İmam Hüseynin (ə) müqəddəs hərəmi Ərbəin günü ilə əlaqədar 15 milyon 229 min 955  zəvvarın Kərbəla şəhərinə gəldiyini açıqlamışdı.