Ən kiçik müsəlman ölkəsi Myanmanı soyqırımına görə məhkəməyə verdi

Qambiya dövləti Myanmarda Arakan müsəlmanlarına edilən soyqırımla bağlı mərkəzi Niderlandın Lahey şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edib.
 
Maide.az İQNA-ya istinadən xəbər verir ki, şikayətdə soyqırımla bağlı ədalətli qərar çıxarılması istənilir.
 
Qeyd edək ki, Qambiya və Myanmar 1948-ci ildən Soyqırım Müqaviləsinin üzvləridir. Bu müqavilə üzv dövlətlərə təkcə soyqırım etməklərini qadağan etmir, həm də bütün üzv dövlətlərinə soyqırım edənlərin qarşısını almaq və onları cəzalandırmaq məsuliyyətini verir.