Ənsarullah: ‘ABŞ Yəməndə müharibənin sonunu istəyirsə, Səudiyyə və BƏƏ-yə əmr etsin’

Yəmənin Ənsarullah hərəkatının üzvü Həmid Asim Səudiyyə rejiminin koalisiyasının Ənsarullah hərəkatının İranın regional qolu olduğunu iddia etdiyini, əksinə özlərinin sionist rejimin, ABŞ və Böyük Britaniyanın regiondakı kuklaları olduğunu bildirib.
 
Maide.Az "Deyerler.org"-a istinadən xəbər verir ki, Həmid Asim Qətərin Əl-Cəzirə xəbər agentliyinə verdiyi açıqlamasında, Ər-Riyad ilə müzakirə mövzusunda isə belə danışıb: “Səudiyyə rejimi bizimlə müzakirə etmək istəyirsə, gizlicə yox, açıq-aşkar danışıqlar aparmağa hazırıq”.
 
“ABŞ problemin və Yəməndəki müharibənin bir hissəsidir. Səudiyyə rejimi işğalçılara silah sataraq, mənəvi və maddi-texniki dəstək təmin edərək savaşı idarə edir”, - deyən Ənsarullah rəsmisi, bunları deyib: “ABŞ müharibəni həqiqətən dayandırmaq istəyirsə, Səudiyyə rejimi və BƏƏ-nin Yəmən xalqına qarşı müharibəni dayandırmaq əmrini verməlidir”.