‘Ayətül-kürsi’nin təfsiri- 2: Təqva və Allaha bəndəliyin ilkin dərəcəsi

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 255-ci ayəsində buyurur:

اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلاَ يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالأَرْضَ وَلاَ يَؤُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

Allahdan başqa məbud yoxdur. O, diri qəyyumdur. Onu mürgü tutar, yuxu! Göylərdə yerdə olanlar Onundur. Onun izni olmadan hüzurunda kim şəfaət edə bilər?! Onların (insanların) keçmişini gələcəyini bilir. Onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şeyi bilə bilməzlər. Onun kürsüsü (elm qüdrəti) göyləri yeri əhatə etmişdir. Bu iki şeyi saxlamaq Onun üçün ağır deyildir. O, uca böyükdür.”

“Cövşən-kəbir” duasının 70-ci cümləsində Allahın diri (“həyy”) olması belə bəyan olunur: Ey bütün dirilərdən qabaq diri olan...” Bəli, Allah diridir. Bu dirilik bütün canlılardan əvvəl və sonranı əhatə edir. Onun diriliyinin oxşarı və şəriki yoxdur. O, Öz diriliyində başqasına möhtac deyil. O, diriləri öldürür və bütün dirilərə ruzi verir. O, həyatı digər bir canlıdan irs almır. Hətta ölülərə də həyat bağışlayır. O, diri və qəyyumdur.

Allahın zatına münasibətdə “həyat” sözü başqalarının həyatından fərqli mənaya malikdir. Necə ki, Allahın digər sifətləri Onun zatından ayrılmazdır. Bu sifətlərdə fənaya yol yoxdur. (Bax: “Furqan”/58.)

Allah Öz həyatında insanlar, heyvanlar və otlar kimi qidalanmaya, doğub-törəməyə, cazibə və ya dəf etməyə ehtiyaclı deyil.

“Qəyyum” “qiyam” kökündən olub öz ayağı üstə durmuş və kimsəyə möhtac olmayan kəsə deyilir. Bu söz Quranda üç dəfə və hər dəfə də “həyy” (diri) sözü ilə yanaşı işlədilir. Onun qiyamı Özündən, digər mövcudların qiyamı isə Onun vücudundandır. Allahın qəyyumluğu dedikdə, Onun Öz məxluqları üzərindəki hakimiyyəti, nəzarəti və kamil tədbiri nəzərdə tutulur. Onun qiyamı daimi və hərtərəflidir. O yaradır, ruzi verir, hidayət edir, öldürür və bir an da qəflətdə qalmır.

Hər bir mövcud öz həyatını davam etdirmək üçün feyz mənbəsinə ehtiyaclıdır. Necə ki, elektrik lampası mənbədən əlaqəsi kəsilən kimi sönür. Bütün mövcudlar diri qalmaq üçün “həyy” mənbəsindən qidalanmalıdır. Həyatın davamında qəyyumdan qidalanma zəruridir. İmam Əli (ə) buyurur: Hər şey Ona təslimdir hər şey Ona bağlıdır.” (“Nəhcül-bəlağə” xütbə 108.)

Bədr savaşında Peyğəmbər (s) ardıcıl olaraq səcdədə deyirdi: “Ya həyyu, ya qəyyum.” (“Ruhul-bəyan”, c.1, səh.400.)

İmam Sadiq (ə) buyurur: “Yatmayan heç bir canlı yoxdur. Yalnız Allah yuxudan uzaqdır.” (“Biharul-ənvar”, c.1, səh.225.)

Allah diridir (həyy) və yuxuya, mürgüyə ehtiyacsızdır. Yuxu diri varlığı nəinki başqalarından, hətta özündən xəbərsiz edir. Allah isə yuxudan uzaqdır və daim hər şeyə qəyyumluğu var.

Hər şeyin həqiqi maliki Odur. İnsanın malikiyyəti isə, əslində həvalə olunmuş malikiyyətdir. Bu maliklik bir neçə günlükdür və həqiqi malik, yəni Allah tərəfindən təyin olunmuş şərtlər daxilindədir. Əgər hamının həqiqi maliki Allahdırsa, nə üçün başqasına pərəstiş edilməlidir? Başqaları da bizim kimi Onun bəndələridirlər. (Bax: “Əraf”, 194.)

Təbiət Allahın mülküdür. Təbiətə hakim qanunlar Allaha tabedir. Kaş insanlar həm Onun malikliyindən, həm də mülkündən qədərincə faydalanaydılar! Əgər hər şey Allahındırsa və Allah üçündürsə, xəsisliyə yer qalırmı? Məgər bizi xəlq etmiş Allah bizi özbaşına buraxmışmı? (Bax: “Qiyamət”, 36.)

İmam Kazim (ə) Buşr adlı bir şəxsin qapısı ağzından ötürdü. Bu vaxt onun evindən çal-çağır, səs-küy ucaldı. Həzrət həmin vaxt qapıdan çıxan kənizdən soruşdu: “Ev sahibi kimdir? Bəndədirmi?” Kəniz cavab verdi: “Xeyr, bəndə deyil, ağadır, azaddır.” İmam buyurdu: “Əlbəttə, əgər bəndə olsaydı, bir bu qədər itaətsizlik etməzdi.” Kəniz evə qayıtdıqda, İmamın sözlərini ev sahibinə çatdırdı. Həmin şəxs İmamın sözlərinin təsiri altına düşdü və tövbə etdi. (“Tətimmətul-muntəha”, səh.329.)

İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: “Təqva və Allaha bəndəliyin ilkin dərəcəsi insanın özünü malik bilməməsidir.” (“Biharul-ənvar”, c.1, səh.225; “Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 255-ci ayələrin təfsiri.)

 

Ardı var...

 

ilk yazını BURADAN oxuya bilərsiz!

Maide.az