‘Ayətül-kürsi’nin təfsiri-3: İlahi qüdrətdən bir işartı

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 255-ci ayəsində buyurur:

اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلاَ يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالأَرْضَ وَلاَ يَؤُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

Allahdan başqa məbud yoxdur. O, diri qəyyumdur. Onu mürgü tutar, yuxu! Göylərdə yerdə olanlar Onundur. Onun izni olmadan hüzurunda kim şəfaət edə bilər?! Onların (insanların) keçmişini gələcəyini bilir. Onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şeyi bilə bilməzlər. Onun kürsüsü (elm qüdrəti) göyləri yeri əhatə etmişdir. Bu iki şeyi saxlamaq Onun üçün ağır deyildir. O, uca böyükdür.”

Müşriklər Allahı qəbul edirdilər. Amma bütləri özlərinə şəfaətçi götürmüşdülər. (Bax: “Loğman”, 25; “Yunis”, 18.)

Ayətül-kürsi bu xürafi və puç sığınacağı darmadağın edir və deyir: Kimdir Onun icazəsi olmadan şəfaət edən? Yalnız varlıq yox, varlıq işləri də Onun iznilədir. Şəfaət də Qiyamətdə Allahın izni və hesab-kitabla olacaqdır. İnsan yalnız Onun inzi və iradəsi ilə iş görə bilir. Allahın qəyyum olması o demək deyil ki, insan Allahın istəyindən kənar bir iş görə bilər.

Şəfaət güclü bir mövcudun zəif bir mövcuda göstərdiyi yardımdır. Məsələn, yaranış nizamında bitki toxumuna işıq, hava və torpaq yardım göstərir ki, cücərib ərsəyə çatsın. Cəza və mükafat nizamında da Allahın övliyaları qurtuluş üçün günahkarlara yardım göstərirlər. İmam Sadiq (ə) buyurmuşdur: Şəfaət izninə malik olanlar bizik.” (“Nurus-səqəleyn”, c.1, səh.258.)

Amma bu yardımlar Allahın zəifliyini və ya təsir altına düşməsini göstərmir. Çünki şəfaət məqamını müəyyənləşdirən və övliyalara belə bir icazə verən O Özüdür. O Özü yaranışı elə nizamlamışdır ki, bitki toxumu inkişaf mərhələsində işıqdan, havadan, torpaqdan və sudan kömək alır.

Bütün hallarda insanın məxluqlardan aldığı köməklər və maddi amillər Allahın izninə bağlıdır. Şəfaət Allahın hakim etdiyi qanunlar çərçivəsində gerçəkləşir. Bu səbəbdən də, bəziləri şəfaətdən məhrum olurlar. (Bax: “Müddəssir”, 48.) Məsələn, işıq, hava, su və torpaq yalnız inkişaf qabiliyyətinə malik olan toxuma kömək göstərir. Şəfaət dəstəbazlığa, dünyəvi tapşırıqlara əsaslanmır. Şəfaət ümidsizliyin qarşısını almaq, xalqla övliyalar arasında bağlılıq yaratmaq üçündür. Şəfaət Allahın Öz övliyalarına verdiyi mükafatdır. Qiyamətdə şəfaət nemətindən bəhrələnmə insanın peyğəmbər və övliyaların elm və hidayət nurundan bəhrələnmə təcəssümüdür.

Şəfaət edən kəs Allahın qüdrəti qarşısında müstəqil bir qüvvə deyil. O sadəcə ilahi qüdrətdən bir işartıdır. Şəfaət məqamı yalnız Allahın istədiklərinə məxsus olur. Ona görə də bütpərəstlər şəfaətdən bəhrələndiklərini düşünməməlidirlər. (Bax: “Yunus”, 18.)

Xatırlatmalıyıq ki, Allahdan qeyrisinə ibadət şirkdir. Amma Allahdan qeyrisini çağırmaq hər vaxt şirk olmur. (Quranda bəyan olunmuş “yədukə”, “yədukum”, “yədunə” kimi çağırış bildirən sözlərin şirklə heç bir əlaqəsi yoxdur. (Bax: “Qəsəs”, 25; “Ali-İmran”, 153 və 104.))

Amma heç də hər dəvət dəyərli olmur. Xəstə həkimi çağırırsa, bu, yaxşıdır. Amma onun falçını səsləməsi batildir.

Allah bütün hadisələrdən xəbərdardır. Allah üçün şəfaət səyi kiminsə günahsızlığının sübutu üçün deyil. Şəfaət qurtuluş və əfv üçün təlaşdır.

Allahın hər şeydən xəbərdarlığı insanı utandırmalıdır. Allah qəlbimizdən keçənlərdən xəbərdardır. Gizli və aşkar sirlərimiz Ona məlumdur. Allah anaların bətnində olandan agahdır. Qiyamət günü hər şeyin ölçüsü Ona məlumdur. (“Səba”, 2.)

Biz insanların isə elmi məhduddur. Biz səsləri müəyyən həddə eşidir, görüntüləri hansısa çərçivədə müşahidə edə bilirik. Allahın razı olmadığı heç bir sirdən xəbərdar deyilik. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 255-ci ayələrin təfsiri.)

 

Ardı var...

Öncəki yazını BURADAN oxuya bilərsiz!
 

Maide.az