‘Ayətül-kürsi’nin təfsiri-4: ‘Kürsi’ nədir?

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 255-ci ayəsində buyurur:

اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلاَ يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالأَرْضَ وَلاَ يَؤُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

Allahdan başqa məbud yoxdur. O, diri qəyyumdur. Onu mürgü tutar, yuxu! Göylərdə yerdə olanlar Onundur. Onun izni olmadan hüzurunda kim şəfaət edə bilər?! Onların (insanların) keçmişini gələcəyini bilir. Onlar Onun elmindən Onun istədiyindən başqa heç bir şeyi bilə bilməzlər. Onun kürsüsü (elm qüdrəti) göyləri yeri əhatə etmişdir. Bu iki şeyi saxlamaq Onun üçün ağır deyildir. O, uca böyükdür.”

Bir rəvayətdə İmam Sadiqin (ə) belə buyurduğu nəql edilir: “Ərş” dedikdə, Allahın peyğəmbərləri və rəsulları xəbərdar etdiyi elmlər nəzərdə tutulur. “Kürsi” isə kimsənin bilmədiyi elmlərdir. (“Nurus-səqəleyn”, c.1, səh.259; “Təfsiri-bürhan”, c.1, səh.240.)

Bəziləri kürsü sözünün göyləri və yeri bürümüş ilahi qüdrət və hökumətə işarə olduğunu bildirir. Hansı ki, aləm çox genişdir və yer kainatla müqayisədə səhrada itmiş üzük qədərincə də deyil. Bütün bunlara baxmayaraq, onların hifzi Allah üçün çətin deyil. Ayətül-kürsi xalqa öyrədir ki, Allah nəinki aləmin maliki, həm də bütün mülkündən xəbərdardır. Bütün varlıq aləmi öz məxluqu ilə birlikdə Allahın hakimiyyəti və qüdrəti altındadır. (“Bəqərə”, 116; “İbrahim”, 19.)

İnsan Allahın qeyri-məhdud qüdrətini yaranmışların qüdrəti ilə müqayisə etməməlidir. Çünki maddənin xüsusiyyətlərindən biri də yorğunluqdur. Allahın qüdrəti isə eynən Onun zatıdır. (“Hud”, 66.)

İmam Əli (ə) buyurmuşdur: “Allahı nə zamanın ötməsi köhnəldir, nə də Özü dəyişir.” (“Nəhcül-bəlağə” xütbə 228.)

Bəli, Allahın qeyri-məhdud qüdrətinə diqqət möminin ruhuna rahatlıq verir. Bu hisslərlə yaşayan mömin özünü əmin-amanlıqda görür.

Allahın “qəyyum”, “həyy”, “əlim”, “əzim” kimi bütün sifətləri insanın tərbiyəsində mühüm rol oynayır. Çünki ən yaxşı məktəb öz ardıcıllarına ümid və eşq verən məktəbdir. Həqiqi məktəb öz ardıcıllarının taleyini və gələcəyini işıqlandırır və bu ardıcıllar bilirlər ki, daim nəzər altındadırlar, büdrəmələri bağışlanasıdır, onların hakimi mehribandır.

Bir sözlə, diri, yenilməz, zəiflik və yuxudan uzaq Allah pərəstişə layiqdir. Onun icazəsi olmadan kimsə bir işə əl qata bilməz. O, hər şeydən xəbərdardır, hər şeyi əhatə edir, hər şeyə hakimdir. Yalnız belə bir Yaradan həqiqi məbud və məhbub ola bilər. Belə bir Allaha təvəkkül etmək, könül bağlamaq, ümidvar olmaq olar. Quranın bu şəkildə tanıtdırdığı Allah təhrif olunmuş İncil və Tövratın tanıtdırdığı məbudla müqayisəyə gəlməz.

Bildirişlər

1. Ondan savay heç bir mövcudda məbudluq yoxdur.

2. Gerçək, əbədi həyat və bütün digər həyatlar Onundur.

3. Hər şey ardıcıl şəkildə Ona bağlıdır və bir an olsun belə Onun tədbirindən xaric deyil.

4. Hər şey Ondandır.

5. Nəinki varlıq aləmi, bu aləmdə baş verən bütün işlər də Ondandır.

6. Sizin xəyalınız əsasında bir şey şəfaətçi və vasitə olmaz.

7. Bir kimsə Ondan mehriban deyil. Hər bir şəfaətçinin eşq və mehribanlığı Ondandır.

8. Allah hər şeydə və bütün hallarda agahdır. Günah etdikdə, Ondan utanaq.

9. O, hər şeyi əhatə edir. Amma başqaları Onun istəyi olmadan elmin bir guşəsini də əhatə edə bilməz. (“Ələq”, 14.)

10. Onun hakimiyyəti və qüdrəti məhdud deyil.

11. Varlıq aləminin hifzi Onun üçün ağır deyil.

12. Varlıq aləmini hifz edən kəs bizi bütün təhlükələrdən də qoruya bilər. Ona görə də hifz olmaq üçün Ayətül-kürsi oxumaq sifariş olunmuşdur. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 255-ci ayənin təfsiri.)

 

Ardı var...

Öncəki yazını BURADAN oxuya bilərsiz!
 

Maide.az