Şəkidə it dörd uşağı xəstəxanalıq elədi

Şəkinin Qırxbulaq kənd sakinləri - 2014-cü il təvəllüdlü Vüsal Nadir oğlu Hüseynov, 2011-ci il təvəllüdlü Adəm Polad oğlu Əlili,  2008-ci il təvəllüdlü Cəlal Cavanşir oğlu Əlifov və 2009-cu il təvəllüdlü Məhəmməd Fərid oğlu Kərimov it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
 
Maide.Az  APA-ya istinadən bildirir ki, yaralılara xəstəxanada lazımi tibbi  yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.