Əqsa məscidinə basqın etdilər

Bu gün səhər saatlarında 80-a yaxın radikal yəhudi Əqsa məscidinə basqın reallaşdırıb. Əl-Məğaribə qapısından məscidin həyətinə daxil olan radikal yəhudiləri İsrail rejimi əsgərləri müşayiət ediblər.

Radikal yəhudilərin fələstinlilər və müsəlmanlar əleyhinə şüarlar səsləndirdikləri də diqqətə çatdırılır.

Qeyd olunur ki, basqın zamanı fələstinlilərə də hücum halları baş verib və yaralananlar var.  /eastnews.org/