‘Ənsarullah’ lideri BMT rəsmisi ilə müzakirə apardı

Yəmənin "Ənsarullah" hərəkatının Baş katibi Seyid Əbdülməlik əl-Husi BMT-nin bu ölkə üzrə xüsusi nümayəndəsi Martin Qrifits ilə görüşüb.

   Bu barədə "Ənsarullah" hərəkatının mətbuat xidmətindən məlumat verilib.   

Məlumatda vurğulanıb ki, görüş zamanı Yəmən böhranının həlli yolları, atəşkəs razılaşmaları və digər məsələlər müzakirə olunub. 

 Əsasən Maarib və Covf vilayətindəki şiddətli qarşıdurmaların müzakirə mövzusu olduğu diqqətə çatdırılıb.  /eastnews.org/