Ənsarullah sərt diplomatiyaya keçdi

Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşat BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits ilə görüşməkdən imtina edib.
 
Martin Qriffitslə görüşdən imtinanın səbəbi kimi, BMT rəsmisinin xain Mənsur Hadinin istefa etmiş rejiminin rəyini çatdırması və Məariblə bağlı sərt mövqelərinin olduğu açıqlanıb.
 
Ənsarullah hesab edir ki, BMT Mənsur Hadinin istefa vermiş rejimini və Səudiyyə rejimini İsveç müqaviləsi çərçivəsində götürdükləri öhdəlikləri (Yəmın blokadası, əsirlərin dəyişdirilməsi, humanitar yardımların çatdırılması) yerinə yetirməyə məcbur etmək öhdəliyini hələ də tam şəkildə yerinə yetirmir. /deyerler.org