‘Whatsapp’dan yeni funksiya: mesaj avtomatik pozulacaq

WhatsApp yeni, mesajların avtomatik silinməsi funksiyasını işə salır. 
 
Sputnik Azərbaycan bildirir ki, bu barədə şirkətin saytında məlumat verilib.  
 
Qeyd olunur ki, istifadəçi müstəqil surətdə mesajların qorunma müddətini təyin edə bilər. Bunların saxlanma müddəti 1 saatdan 1 ilədək ola bilər. Avtomatik silinmə həm fərdi, həm də qrup yazışmalarında mümkün olacaq. Mesajlarının silinməsini istəməyənlər isə əyarlar bölməsindən avtomatik silinmə funksiyasını dayandıra bilərlər. 
 
Funksiya işə düşərkən müsajın göndərilmə vaxtının yanında saata bənzəyən işarə peyda olacaq.